NATO-ya üzv olmaq istəyən Ukrayna diqqətçəkən açıqlama verib. Ukraynanın müdafiə naziri Oleksii Reznikov ölkəsinin faktiki olaraq NATO üzvü olduğunu müdafiə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Reznikov deyib ki, onlar özlərini silah dəstəyi aldıqları hərbi alyansa üzv dövlətlər arasında görürlər:
“Ukrayna bir ölkə kimi və Ukraynanın silahlı qüvvələri NATO-ya üzv oldu. De-yure deyil (qanunla), de-fakto (de-fakto). Çünki bizim silahlarımız və ondan necə istifadə etmək barədə anlayışımız var”.
Manşet.az