"Twitter"in sahibi İlon Mask əvvəlki Twitter administrasiyası ilə ABŞ hökuməti arasında yazışmaları göstərən sənədləri dərc etməyə davam edir. “Twitter Files” adlı “açıqlama sənədləri”nin 14-cü hissəsində Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyinə dair iddiaların əsassız olduğu açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Elon Musk Rusiyanın Amerika siyasətinə müdaxiləsi ilə bağlı iddiaların doğru olmadığını göstərən daxili yazışmaları açıqlayıb.
Hətta o zamanlar Twitter rəhbərləri də Rusiyanın ABŞ siyasətinə müdaxiləsi ilə bağlı səhv etdiklərini etiraf ediblər.
Manşet.az