Ukrayna Baş Qərargahının Şərq Qrupunun sözçüsü Sergey Çerevatiy Rusiyanın Donetskdə Soledar şəhərini ələ keçirməsi ilə bağlı məlumatın doğru olmadığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna əsgərlərinin şəhəri müdafiə etməyə davam etdiyini qeyd edən Çerevatiy şəhərin qarşı tərəfin nəzarətində olması ilə bağlı açıqlamaları “Rusların xüsusilə Ukrayna cəmiyyətində məyusluq yaratmaq üçün qəsdən çıxardığı səs-küy” kimi qiymətləndirib:
"Xeyr, bu doğru deyil. Şəhərdə döyüşlər davam edir. Təfərrüatları deyə bilmərəm".
Manşet.az