Azərbaycanlı iş adamı həbsxanada öldü - FOTO

23:29 - 13 Yanvar 2023

Azərbaycanlı iş adamı həbsxanada öldü - FOTO

Rusiya həbsxanasında azərbaycanlı məhkum ölüb.

 

Manset.az xəbər verir ki, hadisə Tomsk həbsxanasında qeydə alınıb.

Orada saxlanılan 58 yaşlı Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Ç.Əsgərov əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. Onun Bakıda və Rusiyada restoranları olub. 2008-ci ildə Rusiyada həbs edilən Ç.Əsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 15 ilini geridə qoyan Ç. Əsgərovun yaxında həbsdən çıxması gözlənilirdi.

Lent.az-ın məlumatına görə, Ç.Əsgərovun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Salyan rayonunda torpağa tapşırılacaq.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az