6 uşaqlı Tokyürek ailəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxından görmək üçün Fransadan Türkiyəyə gəlib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu istək ailənin uzun müddətdir ki, arzusu imiş.
“Ərdoğan çox ədalətli liderdir. Biz onu yaxından görməyə gəlmişik”, - deyən ailə prezidentə olan sevgisini ifadə edib.
Qeyd edək ki, türk olan ailə uzun zamandır ki, Fransada yaşayır.