Rusiya Ukraynada irimiqyaslı raket hücumu həyata keçirdi - Ölən və yaralananlar var (YENİLƏNDİ)

21:41 - 14 Yanvar 2023

Rusiya Ukraynada irimiqyaslı raket hücumu həyata keçirdi - Ölən və yaralananlar var (YENİLƏNDİ)

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.

 

Manset.az xəbər verir ki, Dneprdə çoxmərtəbəli binaya düşən raket nəticəsində 39 yaralının olduğu məlumdur, onlardan yeddisi uşaqdır.

Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.

Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.

19:20

Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.

Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.

Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az