Bu ölkələr Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirdi

22:33 - 14 Yanvar 2023

Bu ölkələr Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirdi

İraq İran və Türkiyə ilə sərhəddə daxili qoşunların 6000-dən çox hərbçisini yerləşdirib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari məlumat verib.

“Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirmişik”, - deyə nazir “Al Hadath” telekanalına müsahibəsində bildirib. "İraqın sərhədləri qırmızı xəttdir və biz onun təhlükəsizliyini təmin etmək üçün heç bir şey dayandırmayacağıq", - daxili işlər naziri bildirib.

Əl-Şəmmari əlavə edib ki, bu yaxınlarda Suriya ilə sərhəddə 650 km uzunluğunda divar çəkilib və İraq sərhədlərinin bütövlüyünü təmin etmək üçün müasir avadanlıqlar da alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az