Hərbi hissədə partlayış: ölənlər və yaralananlar var

18:00 - 15 Yanvar 2023

Hərbi hissədə partlayış: ölənlər və yaralananlar var

Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var.

 

Manset.az xəbər verir ki, məlumatı Rusiyanın “112” Teleqram kanalı yayıb.

Məlumata görə, tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb.

Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.

İnsident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 əsgər isə itkin düşüb.

Partlayış və yanğınla bağlı cinayət işi açılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az