Taliban Əfqanıstanda manekenlərin üzlərinin və başlarının örtülməsini tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Paytaxt Kabildə qadın geyim mağazalarının vitrinindəki manekenlərdən üzlərini örtmələri istənilib. 2021-ci ilin avqustunda Əfqanıstanda nəzarəti ələ keçirən Taliban əvvəlcə bütün manekenlərin vitrinlərdən yığışdırılmasını əmr edib.
Bəzi mağaza sahibləri buna əməl edib, bəziləri isə belə bir vəziyyətdə satış edə bilməyəcəklərini bildirərək qərara etiraz ediblər.
Buna görə də, Taliban manekenlərin başlarını və üzlərini örtmək şərti ilə manekenlərdən istifadəyə icazə verib.
Manşet.az