Hindistan və Fransa birgə hərbi dəniz təlimlərinə başladı

22:18 - 16 Yanvar 2023

Hindistan və Fransa birgə hərbi dəniz təlimlərinə başladı

Hindistan və Fransa Ərəbistan dənizində birgə hərbi dəniz təlimlərinə başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Fransanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi “Charles De Gaulle”, “Forbin” və “Provence” freqatları və Atlantik sinifli patrul təyyarəsi “Varuna” kod adlı beşgünlük təlimdə iştirak edir. Hindistan manevrlərdə ən son “Çennai” raket esminesi, “Teg” raket freqatı, dəstək gəmisi, P-8I sualtı qayıq əleyhinə təyyarə və MiQ-29 qırıcılarından istifadə edir.

Hindistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü Vivek Madhval deyib ki, manevrlər zamanı iki ölkənin gəmiləri artilleriya atəşi, sualtı qayıqların axtarışı və digər əməliyyatlar həyata keçirəcək.

Bizi Te


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az