Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən hərbi hissələrə baxış keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı Şoyqu “Şərq” hərbi hissəsinin qərargahına baxış keçirib və bölmənin komandiri, general-leytenant Rüstəm Muradovdan mövcud vəziyyət və hərbi hissələrin döyüş hərəkətləri barədə məlumat alıb.
Qoşunların möhkəmləndirilməsi və yerlərdə təhlükəsiz yerləşdirilməsi üçün lazımi şəraitin yaradılması məsələsinə diqqət çəkən Şoyqu səhiyyə məsələsi və cəbhə arxasında aparılan işlərlə də maraqlanıb.
Manşet.az