Rusiya Qərb ölkələrinin ona qarşı sanksiyalarına cavab verməkdə davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiyanın özünü sanksiya siyahısına saldığını açıqlayıb:
“Rusiya hökuməti tərəfindən sanksiyaya məruz qalmışam. Yaxşı. Əgər bu, Ukraynanın azadlığını dəstəkləməyin qiymətidirsə, sanksiyaya məruz qaldığım üçün xoşbəxtəm”.
Rusiya hələ də sanksiyalarla bağlı açıqlama verməyib.
Manşet.az