Daha bir ölkə "dayanmadan" NATO-ya doğru irəliləyir - FOTO

13:13 - 17 Yanvar 2023

Daha bir ölkə \"dayanmadan\" NATO-ya doğru irəliləyir - FOTO

Bosniya və Herseqovina Prezident Şurasının bosniyalı üzvü Denis Becirovic ölkəsinin NATO-ya doğru "dayanmaz şəkildə" irəlilədiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prezident Şurasına bosniyalı üzv seçildikdən sonra xaricə ilk səfərini Brüsselə etdiyini qeyd edən Beciroviç bu səfərin strateji və simvolik əhəmiyyət daşıdığını vurğulayıb.

Ölkəsinin NATO-ya üzvlük yolunu şərh edən Becirovic, "Mən Bosniya və Herseqovinanın NATO və Avropa Birliyinə ən qısa zamanda qoşulmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm. Bunlar bizim strateji hədəflərimizdir. Bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə görüşümüzdən sonra ölkəmizdəki bütün insanlar üçün müsbət və ümidverici xəbərlərim var. Bosniya və Herseqovina tək deyil və dayanmadan NATO-ya doğru irəliləyir. Bu gün mən NATO-nun baş katibinə dedim ki, Bosniya və Herseqovinanın ən qısa zamanda NATO-ya daxil olması üçün əlimdən gələni edəcəyəm" ifadələrindən istifadə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az