Bosniya və Herseqovina Prezident Şurasının bosniyalı üzvü Denis Becirovic ölkəsinin NATO-ya doğru "dayanmaz şəkildə" irəlilədiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prezident Şurasına bosniyalı üzv seçildikdən sonra xaricə ilk səfərini Brüsselə etdiyini qeyd edən Beciroviç bu səfərin strateji və simvolik əhəmiyyət daşıdığını vurğulayıb.
Ölkəsinin NATO-ya üzvlük yolunu şərh edən Becirovic, "Mən Bosniya və Herseqovinanın NATO və Avropa Birliyinə ən qısa zamanda qoşulmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm. Bunlar bizim strateji hədəflərimizdir. Bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə görüşümüzdən sonra ölkəmizdəki bütün insanlar üçün müsbət və ümidverici xəbərlərim var. Bosniya və Herseqovina tək deyil və dayanmadan NATO-ya doğru irəliləyir. Bu gün mən NATO-nun baş katibinə dedim ki, Bosniya və Herseqovinanın ən qısa zamanda NATO-ya daxil olması üçün əlimdən gələni edəcəyəm" ifadələrindən istifadə edib.
Manşet.az