Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində 44 nəfər həlak olub.
Manset.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işləri yekunlaşıb.
Ölənlər arasında beş uşaq var. Ən kiçik oğlanın heç yaşı tamam olmayıb. 39 nəfər xilas edilib.