Ukraynada ilk dəfə dəniz limanı özəlləşdirildi

09:00 - 18 Yanvar 2023

Ukraynada ilk dəfə dəniz limanı özəlləşdirildi

Ukraynada ilk dəfə dəniz limanı uğurla özəlləşdirilib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, söhbət hərracda 201 milyon qrivenə satılan Odessa vilayətindəki Ust-Dunaysk limanından gedir.

Bu barədə Ukrayna Dövlət Əmlak Fondu məlumat verib.

Liman aprelin 1-dən fəaliyyətini bərpa edib. O vaxtdan bəri 153 min ton taxıl və 58,3 min ton digər mallar ixrac edilib.

Eyni zamanda, limanın ixrac gücü 4,1 milyon tondur. Hazırda müəssisə öz tutumunun cəmi 5%-i miqdarında işləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az