Qazaxıstan hökuməti ölkədə vizasız qalan və müvəqqəti yaşamaq icazəsi olmayan əcnəbilər üçün qaydaları sərtləşdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qazaxıstanda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin (Rusiya, Belarus, Qırğızıstan və Ermənistan) vətəndaşlarına ölkədə vizasız qaldıqdan sonra qısa müddət ərzində yenidən ölkəyə giriş imkanı verən “visa run” tətbiqi ləğv edilib.
Mövzu ilə bağlı Baş Nazir Əlihan İsmayılovun imzaladığı sərəncam hökumətin rəsmi hüquqi reqlament saytında dərc olunub.
Müvafiq olaraq, yanvarın 27-dən etibarən Aİİ üzvü olan Rusiya, Belarus, Ermənistan və Qırğızıstan vətəndaşları Qazaxıstana hər 6 aydan bir 90 gün müddətinə gedə biləcəklər.
Beləliklə, əvvəllər bu ölkələrin vətəndaşlarına üç aydan bir Qazaxıstan sərhəddinə girib-çıxaraq ölkədə uzun müddət vizasız qalmaq imkanı verən “viza run” tətbiqi başa çatıb.
Aİİ xaricindəki ölkələrdən gələn əcnəbilər 30 gün vizasız qaldıqdan sonra Qazaxıstanda qalma müddətini hər 6 aydan bir 90 gündən çox olmayan müddətə uzada biləcəklər.
Yeni qaydalar Qazaxıstana viza ilə gələn və ölkədə müvəqqəti yaşamaq icazəsi olan əcnəbilərə şamil edilməyəcək.
Manşet.az