Türkiyəli müğənni Elif Karlının həbsdə olan həyat yoldaşı Ahmet Cengiz Karlı vəfat edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o 57 yaşında ürək tutmasından dünyasını dəyişib.
Cengiz Karlı 6 aydır ki, Tokat həbsxanasında idi.
1993-cü ildə ailə quran cütlüyün iki övladı var.
Qeyd edək ki, o, "Sarallar" kimi tanınan mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən əməliyyatda həbs olunmuşdu. Karlının "hədə", "talan etmə" kimi cinayət əməlləri törətdiyi iddia edilib.