Pentaqondan Türkiyə ilə bağlı AÇIQLAMA

12:46 - 18 Yanvar 2023

Pentaqondan Türkiyə ilə bağlı AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Briqada generalı Patrik Rayder, Konqresdə F-16-ların Türkiyəyə satışı ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu potensial satışın iki ölkənin hərbi əlaqələrində nə qədər əhəmiyyətli olduğu bildirən Rayder qərarın qiymətləndirilmək üçün Konqresdə olduğunu açıqlayıb.

O, Konqresdə F-16-ların Türkiyəyə satışına edilən etirazlarla əlaqədar olaraq, "Bu, Konqresin qərar verəcəyi bir şeydir. Onlara buradan nə edəcəklərini deyə bilmərəm. Yenə də dediyim kimi, Türkiyə ilə ABŞ müttəfiqliyi bölüşür və Türkiyə təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır” - deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az