Avropa Komissiyasının sədri Ursula fon der Leyen İnqilab Keşikçiləri Ordusunun “terrorçular” siyahısına əlavə edilməsini dəstəklədiyini və İrana qarşı yeni sanksiyaların nəzərdə tutulduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın daxili işlər naziri Əhməd Vahidi Avropa İttifaqı Parlamentinin İran İnqilab Keşikçiləri Ordusunun terrorçular siyahısına daxil edilməsi ilə bağlı qanun layihəsini tənqid edib:
“Qərbdə bəzi insanların beynəlxalq qaydalardan kənar bir şey etmək istəməsi və rəsmi qüvvəni terrorizm adlandırması onların intellektual, mənəvi və siyasi zəifliklərini göstərir”.
Aİ Parlamentinin İnqilab Keşikçiləri Ordusunu "terrorçu" elan etmə planının narahatedici olmadığını dilə gətirən Vahidi, "İnqilab Keşikçiləri yoluna davam edəcək" – deyə əlavə edib.
Manşet.az