Yeni Zelandiyanın Baş naziri Casinda Ardern fevral ayında vəzifəsini tərk edəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazir verdiyi açıqlamada ən geci fevralın 7-də vəzifəsindən ayrılacağını bildirib:
"İndi bilirəm ki, bu işi ədalətlə yerinə yetirmək üçün kifayət qədər yaxşı deyiləm. Davam etsəm, Yeni Zelandiyaya zərər verəcəyəm”.
42 yaşlı siyasətçi bu ilin oktyabrında keçiriləcək seçkilərdə iştirak etməyəcəyini və Leyboristlər Partiyasının rəhbərliyini də tərk edəcəyini bəyan edib.
Manşet.az