Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinin varlığına şübhə ilə yanaşmasına münasibət bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, “Aydındır ki, Zelenski sırf psixoloji baxımdan Rusiya və Putinin mövcud olmamasına üstünlük verəcək. Kiyev administrasiyası Rusiya və Putinin mövcudluğunu qəbul etməlidir. Ukrayna rejimi nə qədər tez başa düşsə ki, Rusiya və Putin var və olacaq, gec-tez anti-Rusiyaya qarşı olan hər şeydən əl çəkməli olacaq, Ukrayna üçün bir o qədər yaxşıdır. Ukrayna Rusiyanın tələblərini qiymətləndirməlidir. Ukrayna rejimi Rusiyanın bu və ya digər şəkildə yerinə yetiriləcək tələblərini yerinə yetirməyə hazır olduğunu nə qədər tez göstərsə, hər şey bir o qədər tez bitəcək və Kiyev rejiminin başlatdığı bu faciədən sonra Ukrayna xalqı bir o qədər tez sağalmağa başlaya bilər” – deyib.
Manşet.az