Kremlin sözçüsü Dmitriy Peskov Ukraynaya mümkün tanklar göndərilməsinin vəziyyəti daha da pisləşdirəcəyini vurğulayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bəzi Qərb ölkələrinin, xüsusilə də Almaniyanın Ukraynaya mümkün tank daşımalarını "böyütməməyi" istəyən Peskov, "Bu cür daşınmanın hər şeyi dəyişə biləcəyini şişirtmək olmaz. Mütəxəssislər bu növ daşınma zamanı yaranan problemlərdən xəbərdardırlar. Bütün bu tanklar həm texniki xidmətə, həm də təmirə ehtiyac duyur. Nəticələr əlbəttə mənfi olacaq. Əvvəl də dediyimiz kimi, bu tip daşıma əsaslı olaraq heç nəyi dəyişməyəcək, lakin bu, Ukrayna və Ukrayna xalqı üçün problemlər yaradacaq” - deyib.
Manşet.az