Yanğında ölən erməni əsgərlərlə bağlı yeni məlumat – 14-ü çarpayıda qalıb

10:03 - 21 Yanvar 2023

Yanğında ölən erməni əsgərlərlə bağlı yeni məlumat – 14-ü çarpayıda qalıb

Ermənistandakı hərbi hissədə baş vermiş yanğında ölən 15 əsgərdən 14-nün cəsədi çarpayıda tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində bildirib.

Onun sözlərinə görə, xilasedicilər yanğını iki istiqamətdən - əsgərlərin yatdığı otaq  tərəfdən və yanğının başladığı giriş qapısı tərəfdən söndürüblər.

"Yanmış meyitlərdən 14-ü çarpayılarda tapılıb. Məncə, onlar sadəcə tüstüdən oyanmayıblar. Girişdə də bir cəsəd tapılıb. Çox güman ki, o da bayıra çıxmaq istəyib, bacarmayıb”, - Saroyan bildirib.

Ümumilikdə kazarmada 21 nəfər olub və xilasedicilər gələnə qədər 6 nəfər öz gücü ilə binadan çıxa bilib, onlardan 3- ağır yanıq xəsarətləri alıb.

Eyni zamanda, Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Arşak Martirosyan yekun nəticələr üçün istintaqın tamamlanmasını gözləməyə çağırıb.

Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndində yerləşən hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3-nün vəziyyəti ağırdır.

Yanğına səbəb isinmək üçün benzindən istifadə edilməsi olub.

Faciədən sonra 5 yüksək rütbəli hərbçi tutduqları vəzifələrdən qovulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az