AB Rusiyaya yeni sanksiyalar paketi hazırlayır

10:20 - 21 Yanvar 2023

AB Rusiyaya yeni sanksiyalar paketi hazırlayır

Avropa Birliyi ölkələri gələn ay Rusiyaya qarşı qüvvəyə minəcək onuncu sanksiyalar paketi üzərində işləyir.

 

Manset.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, artıq bəzi AB ölkələri blokun Moskva ilə nüvə yanacağı üzrə əməkdaşlığını azaltmaq, Rusiya almazlarının idxalını qadağan etmək və Kremlin müttəfiqi Belarusla ticarəti məhdudlaşdırmaq üçün yeni sanksiyalar tələb edib.

Yüksək səviyyəli diplomatın sözlərinə görə, növbəti sanksiyalar paketi işğalın birinci ildönümü ərəfəsində hazır olacaq./Axar.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az