Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib

11:13 - 21 Yanvar 2023

Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib

Suriyanın şimalında Tel Rifatda 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PKK/YPG terrorçuları Tel Rıfatdan Öncüpınar Sərhəd Qoşunlarının cavabdehlik bölgəsinə raket atışları həyata keçirib.

Türkiyə Silahlı Qüvvələrinin bölmələrində hər hansı itkinin olmadığı, özünümüdafiə çərçivəsində müəyyən edilmiş terrorçu hədəflərinin güclü şəkildə vurulduğu və 11 PKK/YPG üzvünün zərərsizləşdirildiyi qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az