ABŞ-də “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açılması nəticəsində azı 10 nəfər həlak olub, xeyli sayda şəxs yaralanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.
Əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub.
Hadisənin təfərrüatları məlum deyil.