Ərdoğan sabah hökuməti toplayacaq

18:40 - 22 Yanvar 2023

Ərdoğan sabah hökuməti toplayacaq

Türkiyədə sabah hökumətin iclası keçiriləcək.

 

Manset.az xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Bildirilib ki, əsas müzakirə mövzularından biri İsveç paytaxtı Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada "Quran" kitabının yandırılması və rəsmi Ankaranın buna cavabı olacaq.

Həmçinin bir sıra iqtisadi məsələlər, hicabla bağlı konstitusiya dəyişiklikləri, eləcə də seçki məsələləri müzakirə ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az