Bu ölkə Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəldi - FOTO

19:00 - 23 Yanvar 2023

Bu ölkə Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəldi - FOTO

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Ukraynaya qarşı hücumlarına görə Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmaq qərarına gəldiklərini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rinkeviç öz Tvitter hesabında yazdığı bir yazıda Rusiyanın Ukraynaya hücumlarını "qəddar" adlandırıb.

Latviyanın Estoniya ilə həmrəylik nümayiş etdirəcəyini bildirən Rinkeviç, "Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salacaq və Rusiyanın buna uyğun hərəkət etməsini tələb edəcək" – deyib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az