Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Ukraynaya qarşı hücumlarına görə Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmaq qərarına gəldiklərini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rinkeviç öz Tvitter hesabında yazdığı bir yazıda Rusiyanın Ukraynaya hücumlarını "qəddar" adlandırıb.
Latviyanın Estoniya ilə həmrəylik nümayiş etdirəcəyini bildirən Rinkeviç, "Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salacaq və Rusiyanın buna uyğun hərəkət etməsini tələb edəcək" – deyib.
Manşet.az