Çeçenistan lideri Ramzan Kadırov ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin İsveç səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına etiraz edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kadırov, “Telegram” hesabından verdiyi açıqlamada, "İsveçin Stokholm şəhərində Danimarka Satanist Partiyasının lideri olan bəzi əclaflar Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar. Bu dəhşətli hərəkət Ankaraya etiraz kimi qiymətləndirilib. Amma bu hərəkət əslində müqəddəs dəyərlərə hücum idi. Hər kəs əkdiyini biçər. Bir gün başa düşəcəksən ki, hər şey üçün çox gec olacaq. Cəhənnəmdə yanın sizi şeytanlar. Biz də Ukraynada İblis qüvvələrinə qarşı döyüşürük” – deyib.
O, avropapərəstlərin Quranın yandırılmasına heç bir reaksiya verməməsinə də etiraz edib.
Manşet.az