Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına Livanın şimalındakı Tripoli şəhərində “İsveç bayrağı” yandırılaraq etiraz edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Livanlı nümayişçi, "Müqəddəs kitabımıza od vurduqları üçün onların bayrağını yandırdıq. Kitabımızda deyilir ki, bizim dinimiz bizimdir, onların dini onlarındır” - deyib.
Manşet.az