Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) bu gün xəbərdarlıq edərək, britaniyalı jurnalistlərin və siyasətçilərin Rusiyada yerləşən SEABORGIUM və İranda yerləşən TA453 qruplarına aid kiberhücumçuların hədəfinə çevrildiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NCSC bu hücumçuların məqsədinin məxfi məlumatları sızdırmaq olduğunu vurğulayıb.
Səlahiyyətlilər, kiberhücumçuların əvvəlcə hədəfləri ilə bağlı kəşfiyyat fəaliyyəti həyata keçirdiklərini, daha sonra hədəfin etibarını qazanmaq və əlaqə yaratmaq üçün əvvəlcə zərərsiz görünən əlaqələr qurduqlarını bildiriblər. Hücum edənlərin real həyatda bir insanı təqlid edərək konfranslara və ya Zoom görüşlərinə keçidləri təqlid edərək internet söhbətlərinə dəvət göndərdikləri də ifadə edilib.
Manşet.az