Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya istehsalı olan Leopard 2 tanklarının martın sonunda Ukraynaya göndərilə biləcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pistorus, "Leopard tanklarımızı mart ayının sonuna qədər təhvil verməyi planlaşdırırıq. Bu tarix gec deyil" – deyib.
O, bəyan edib ki, Ukrayna qoşunlarının Almaniya istehsalı olan “Marder” piyada döyüş maşınlarından istifadə etmək üçün təlimləri yaxın bir neçə gün ərzində, “Leopard 2” tankları ilə bağlı təlimlər isə daha sonra başlayacaq. Almaniyanın “Leopard” tanklarının Ukraynaya göndərilməsinin niyə bu qədər uzun çəkməsi ilə bağlı suala Pistorius belə cavab verib:
“Biz tərəddüd etmədik, müttəfiqlərimizlə danışdıq. Biz partnyorlarımız və dostlarımızla hazırda ən yaxşı işin nə olduğunu və bunun vaxt aparacağını müzakirə etdik. Bu, sadəcə olaraq vebsaytdan nə isə sifariş vermək və ya kiməsə nəsə göndərmək qərarı deyil. Bu müharibədir, bu etimad məsələsidir, bu ittifaq məsələsidir”.
Manşet.az