ABŞ prezidenti Co Baydenə qarşı başladılan məxfi sənəd araşdırması çərçivəsində FTB-nin Baydenin Delaver əyalətindəki evində axtarış apardığı açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baydenin vəkili Bob Bauer verdiyi açıqlamada, Ədliyyə Departamentinin bu gün Baydenin Delaver ştatının “Rehoboth Beach”dəki yay iqamətgahında "əvvəlcədən planlaşdırılmış" axtarış apardığını söyləyib.
Sözügedən axtarışın prosesin təhlükəsizliyi və bütövlüyü naminə ictimaiyyətə əvvəlcədən xəbərdarlıq edilmədən, Ədliyyə Nazirliyinin standart prosedurlarına uyğun aparıldığını qeyd edən Bauer axtarışlar çərçivəsində Ədliyyə Nazirliyi ilə tam əməkdaşlıq etdiklərini qeyd edib.
Manşet.az