İran İsrailin İsfahan şəhərindəki hərbi obyektə pilotsuz təyyarələrlə hücuma görə məsuliyyət daşıdığını bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə məktub yazıb.
İrəvani məktubunda qeyd edib ki, yanvarın 28-də İsfahan şəhərində hərbi obyektə hücumla bağlı aparılan ilkin araşdırmalar hücumun arxasında İsrailin olduğunu göstərib.
Məktubda hücumun beynəlxalq hüquqa zidd olduğunu bildirən İrəvani deyib:
“İran öz milli təhlükəsizliyini müdafiə etmək və sionist rejimin hər hansı təhdid və ya səhv cəhdinə lazım bildiyi vaxt və yerdə qəti şəkildə cavab vermək kimi qanuni və təbii haqqını özündə saxlayır”.
Manşet.az