Bu ölkə rus diplomatlarını ölkədən qovur

12:19 - 02 Fevral 2023

Bu ölkə rus diplomatlarını ölkədən qovur

Avstriya 4 rus diplomatı "diplomatik statusları ilə uyğun gəlməyən" hərəkət etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı Avstriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda, sözügedən 4 diplomatdan 2-nin paytaxt Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunduğu bildirilib.

Deportasiya qərarına səbəb diplomatların “diplomatik statusla bir araya sığmayan” fəaliyyət göstərməsi olub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az