İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur ötən həftə ölkənin internet infrastrukturuna kütləvi hücum olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zarepur, ötən həftə internetə girişdə yaranan 10 dəqiqəlik fasilənin kiberhücum nəticəsində baş verdiyini bildirib.
"İlkin araşdırmalar göstərdi ki, bu, məlumat trafikini azaldan, lakin tez bir zamanda həll edilən çox ciddi kiberhücum idi. Hücumun mənbəyini müəyyən etməyə çalışırıq”.
İran mətbuatında yanvarın 25-də təxminən 10 dəqiqə ərzində internetə çıxışın demək olar ki, tamamilə kəsildiyi barədə məlumatlar yayılmışdı. Səlahiyyətlilər məsələ ilə bağlı şərh verməyiblər.
Manşet.az