Norveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, diplomatik mənbələrdən bildirilib ki, sabah Norveçdə Qurana qarşı hücumla bağlı aksiyanın keçiriləcəyi öyrənilib. Bunun üzərinə Norveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə bildirilib ki, Norveçin yuxarıda qeyd olunan və açıq-aşkar nifrət cinayəti olan təxribatçı əməlin qarşısının alınmaması ilə bağlı yanaşması qətiyyətlə pislənir və bu münasibət qəbuledilməzdir. Həmçinin vurğulanıb ki, bu aksiyaya icazə veriləməyəcəyi gözlənilir.
Manşet.az