NATO Asiya-Sakit okean regionunda qarışıqlıq toxumu səpməməlidir - Çin

21:20 - 02 Fevral 2023

NATO Asiya-Sakit okean regionunda qarışıqlıq toxumu səpməməlidir - Çin

Çin NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Koreya və Yaponiyaya səfərləri zamanı Çinlə bağlı təhdid qiymətləndirmələrini tənqid edərək, onu Asiya-Sakit okean regionunda ideoloji xəttlər formalaşdırmaqla münaqişə yaratmağa çalışmaqda ittiham edib.

 

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında Stoltenberqin "Çin qaydalara əsaslanan, açıq və demokratik beynəlxalq nizama avtoritar müxalifətə rəhbərlik edir" kimi qiymətləndirməsinə cavab verib.

Stoltenberqin "Çin təhdidi"ni şişirdərək ideoloji qarşıdurma yaratmağa çalışdığını ifadə edən sözçüsü Mao, "NATO Avropanın təhlükəsizliyindəki roluna diqqət yetirməlidir. Onun Avropada nələr etdiyini gördük. Qarışıqlıq toxumu səpməməlidir. Asiya-Sakit okeanda və ya dünyanın başqa yerlərində", deyib 

Çinin dünya sülhü və sabitliyinə sadiq olduğunu, geosiyasi rəqabət aparmadığını və heç bir ölkəni təhdid etmədiyini iddia edən Mao, “Asiya-Sakit Okean regionunda sülh, sabitlik və firavanlıq AB ölkələrinin birgə səyləri nəticəsində mümkün olub deyə əlavə edib.

Sözçü Mao ABŞ və Filippin arasında Amerika ordusuna ölkədəki daha 4 hərbi bazaya giriş imkanı verən müqaviləyə də toxunub.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülh və sabitliyə töhfə verməsi lazım olduğunu, üçüncü tərəfləri və onların maraqlarını hədəf almaması lazım olduğunu bildirərək deyib:

"ABŞ tərəfi öz eqoist maraqları üçün sıfır məbləğli oyunlar məntiqi ilə Asiya-Sakit okean regionunda hərbi yerləşdirməsini artırır. Bu, regionda gərginliyi artıracaq, sülh və sabitliyə zərər verəcək bir inkişafdır. Region ölkələri ABŞ-ın təzyiqlərinə və onlardan istifadə etmək səylərinə qarşı diqqətli olun”.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az