Türkiyədə AĞIR QƏZA: Yaralananlar arasında azərbaycanlı da var

23:13 - 02 Fevral 2023

Türkiyədə AĞIR QƏZA: Yaralananlar arasında azərbaycanlı da var

İstanbulun Bahçelievler səmtində avtobus dayanacağa çırpılıb. Qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

 

Manset.az xəbər verir ki, yaralananlar arasında Azərbaycan vətəndaşı Əhməd Rzayev də var. Onun təcili yardımla xəstəxanaya aparıldığı, vəziyyətinin ağır olduğu bildirilib.

Avtobusun sürücüsü artıq saxlanılıb.

Hadisə ilə bağlı texniki və inzibati araşdırmalar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az