Türkiyədə AĞIR QƏZA: Azərbaycanlı yaralandı, vəziyyəti ağırdır - FOTO/VİDEO

10:20 - 03 Fevral 2023

Türkiyədə AĞIR QƏZA: Azərbaycanlı yaralandı, vəziyyəti ağırdır - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində avtobus qəzası baş verib. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bahçelievler rayonunda baş verib.

Məlumata görə, Türkiyə vətəndaşı Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, əlcəzairli Messaouda Marike, türkiyəli Fatma O., Yeter Bayqın, Oruç və Fehim Aydın yaralanıblar.

Əhməd Rzayevin vəziyyətinin ağır olduğu bildirilib.

Avtobus sürücüsü saxlanılıb.

Hadisə yerinə gələn Bahçelievler Bələdiyyə Başçısı Hakan Bahadır qeyd edib ki, sərnişinlər dayanacağa yaxınlaşan avtobusun sürücüsünün yuxuya getdiyini bildiriblər.

Sözügedən görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az