Peskov Putinin verdiyi mesaja aydınlıq gətirdi

10:54 - 03 Fevral 2023

Peskov Putinin verdiyi mesaja aydınlıq gətirdi

Kremlin sözçüsü Dmitri Peskov Putinin Stalinqrad döyüşündəki qələbəsinin 80-ci ildönümü tədbirində Qərbin Ukraynaya silah tədarükünə qarşı verdiyi mesaja aydınlıq gətirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov bildirib ki, “Bu (mesaj) o deməkdir ki, Rusiyanın potensialı var və kollektiv Qərb tərəfindən tədarük edilən yeni silahlar əldə olunduqca, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün mövcud potensialından maksimum istifadə edəcək”.

Stalinqrad döyüşünün qələbəsinin 80-ci ildönümü ilə bağlı Volqoqrad şəhərində çıxış edən Putin, “Keçmişdə olduğu kimi, Rusiya yenidən gövdəsində xaç olan Alman Leopard tankları ilə hədələnir. Avropa ölkələrini, o cümlədən Almaniyanı Rusiya ilə yeni müharibəyə cəlb edənlər, üstəlik, məsuliyyətsizcəsinə bunu “oldu-bitdi” elan edənlər, döyüş meydanında Rusiya üzərində qələbə gözləyənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə onlar üçün tamam başqa cür olacaq. Tanklarımızı onların sərhədlərinə göndərmirik, amma cavab verməli olduğumuz bir şey var. Zirehli texnikanın istifadəsi məsələni yekunlaşdırmayacaq. Bunu hər kəs başa düşməlidir” – demişdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az