Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Ulf Kristersson üzvlük üçün müraciət etdikləri NATO-ya qoşulma prosesini birlikdə tamamlamaq istədiklərini vurğulayıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Quranın yandırılması hadisələrinə də toxunan Marin “Finlandiyada bunu etməyin” mesajını verib və İsveçdə yeni antiterror qanununu tətbiq etdiklərini açıqlayıb. İsveçin baş naziri Türkiyənin məyusluğunu anladığını və paylaşdığını bildirib.
Finlandiyanın baş naziri Marin İsveçlə NATO-ya üzvlük üçün birlikdə müraciət etdiklərini və prosesi birlikdə tamamlamaq istədiklərini ifadə edərək, "Biz birlikdə işləyirik. Bu məsələ ilə bağlı hər gün çox sıx əlaqə saxlayırıq. Təbii ki, istər Türkiyə, istərsə də Macarıstan müraciətimizi tez bir zamanda təsdiq etməsini istəyirik” – deyib.
Manşet.az