Pilotlara və digər heyətə kabinədə şəkil çəkdirmək və sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

15:43 - 03 Fevral 2023

Pilotlara və digər heyətə kabinədə şəkil çəkdirmək və sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Böyük Britaniyada yerləşən “British Airways” aviaşirkəti uçuş heyətləri ilə bağlı radikal qərar qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, British Airways  əməkdaşlarına məktub göndərərək iş zamanı Twitter, Instagram, TikTok və Facebook-dan istifadənin və pilot kabinəsində şəkil çəkdirməyin qadağan edildiyini bildirib.

Şirkət kabinədə çəkilmiş fotoşəkillər, otel yerləri və digər paylaşılan məlumatların təhlükəsizlik riski yarada biləcəyindən narahatdır.

Yeni tənzimləmənin işçilərin sosial mediada paylaşmalarını məhdudlaşdırmadığını bildirən şirkət, əksinə, insanlara nəyin və nə vaxt uyğun olduğuna aydınlıq gətirdiyini bildirib:

“Həmkarlarımız təyyarəni idarə edərkən, təyyarədə olan hər kəsin təhlükəsizliyinə cavabdehdirlər”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az