Böyük Britaniyada yerləşən “British Airways” aviaşirkəti uçuş heyətləri ilə bağlı radikal qərar qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, British Airways əməkdaşlarına məktub göndərərək iş zamanı Twitter, Instagram, TikTok və Facebook-dan istifadənin və pilot kabinəsində şəkil çəkdirməyin qadağan edildiyini bildirib.
Şirkət kabinədə çəkilmiş fotoşəkillər, otel yerləri və digər paylaşılan məlumatların təhlükəsizlik riski yarada biləcəyindən narahatdır.
Yeni tənzimləmənin işçilərin sosial mediada paylaşmalarını məhdudlaşdırmadığını bildirən şirkət, əksinə, insanlara nəyin və nə vaxt uyğun olduğuna aydınlıq gətirdiyini bildirib:
“Həmkarlarımız təyyarəni idarə edərkən, təyyarədə olan hər kəsin təhlükəsizliyinə cavabdehdirlər”.
Manşet.az