Ukraynada hava hücumu xəbərdarlığı edildi

16:46 - 03 Fevral 2023

Ukraynada hava hücumu xəbərdarlığı edildi

Kiyevdə Avropa İttifaqı-Ukrayna sammitindən əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün Ukraynanın paytaxtı Kiyevdə Ukrayna administrasiyası və Aİ nümayəndələrini bir araya gətirəcək Avropa İttifaqı Sammitinin keçirilməsi planlaşdırılır.

Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin ali nümayəndəsi Cozep Borrell sammit üçün Kiyevdədir. Sammitdə Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalarının müzakirə ediləcəyi gözlənilir.

Diplomatik təmaslara hazırlıq davam etdiyi bir vaxtda Kiyev və Ukraynada hücum xəbərdarlığı edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az