İtaliyada 8 miqrantın cəsədi tapıldı - Biri hamilə imiş

19:16 - 03 Fevral 2023

İtaliyada 8 miqrantın cəsədi tapıldı - Biri hamilə imiş

"İtaliyada sahil mühafizə gəmisi Malta axtarış-xilasetmə zonasında, Lampeduza adası yaxınlığında miqrant qayığı üçün xilasetmə əməliyyatı həyata keçirib".

 

Manset.az xəbər verir ki, qayıqda olan 42 nəfər xilas edilərkən, 3-ü qadın, 5-i kişi olmaqla 8 nəfərin cəsədi tapılıb. Onlardan biri hamilə olub.
 

Mühacirlərin aclıqdan və soyuqdan ölmüş ola biləcəyi bildirilib. Miqrant qayığı sahil mühafizəsi tərəfindən İtaliya ilə Şimali Afrika arasında yerləşən Lampeduza adasına gətirilib.

Lampedusa Bələdiyyə Başçısı Filippo Mannino baş nazir Giorgia Meloni-yə müraciət edərək bildirib ki, hökumət bu böyük faciənin idarə olunmasında onları tək buraxmamalıdır:
 
"Bizə kömək edin, belə idarə edə bilmərik".

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə dəniz yolu ilə İtaliyaya 105 140 miqrant gəlib. Birləşmiş Millətlər Təşkilatı bildirir ki, 2022-ci ildə təxminən 1400 miqrant Mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirib.

Xüsusilə Liviya və Tunisdən yola düşən miqrantlar Aralıq dənizi vasitəsilə İtaliyaya və Avropanın digər bölgələrinə çatmağa çalışırlar. İtaliyanın Şimali Afrikaya ən yaxın quru hissəsi olan Lampeduza adası, Aralıq dənizini keçən immiqrantların ilk dayanacağıdır.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az