"Biz münaqişələrin dayandırılmasının tərəfdarıyıq" - Lavrov

20:39 - 03 Fevral 2023

\"Biz münaqişələrin dayandırılmasının tərəfdarıyıq\" - Lavrov

“Hamımız Ukraynadakı münaqişənin bitməsini istəyirik” 


 
Manset.az xəbər verir ki, bunu Rusiya dövlət televiziyasına verdiyi açıqlamada Rusiya Xarici İşlər naziri Sergey bildirib.
 
Lavrov açıqlamasında da Qərb ölkələrini hədəf alıb.
 
Qərb ölkələrinin Ukraynaya dəstəyini tənqid edən Lavrov bu dəstəyin Rusiyanın hərbi əməliyyatının formalaşmasında təsirli olduğunu bildirib. Qərbin Kremlin danışıqları rədd etdiyinə dair açıqlamalarını “yalan” kimi qiymətləndirən Lavrov, “Biz bir çox hesabatlar hazırlayırıq, o cümlədən ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı məlumatlar var, Bütün bunlar əməliyyatın ildönümündə dərc olunacaq” - deyib.

Lavrov həmçinin ABŞ-ı “Şimal axını” boru kəmərlərində baş verən partlayışlarda birbaşa rol oynamaqda ittiham edib. Rusiyanın Xarici İşlər naziri Lavrov Qərbin növbəti hədəfinin Moldova olduğunu iddia edib:
 
"Qərb indi Moldovanı növbəti Ukrayna rolu üçün gözləyir. Moldova prezidenti bunun üçün demək olar ki, hər şeyi etməyə hazırdır". 

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az