Rus və Belarus idmançıların Parisdə keçiriləcək Olimpiadada iştirakına qadağa qoyulması istənildi

09:51 - 08 Fevral 2023

Rus və Belarus idmançıların Parisdə keçiriləcək Olimpiadada iştirakına qadağa qoyulması istənildi

Skandinaviya Olimpiya Komitələri, Paralimpiya komitələri və idman konfederasiyaları Rusiya və Belarus idmançılarının gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadadan kənarlaşdırılması üçün çağırış edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya, İslandiya, Norveç, İsveç, Danimarka ilə Farer adaları və Qrenlandiya muxtar bölgələri də daxil olmaqla Skandinaviya ölkələri tərəfindən verilən ortaq açıqlamada, “Ukraynada müharibə ilə bağlı vəziyyət dəyişməyib. Ona görə də biz Rusiya və Belarus idmançıları beynəlxalq idman təşkilatlarında iştirak etməməsi ilə bağlı öz mövqeyimizi saxlayırıq” – deyilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az